Müge Anlı tanınmış müğənni ilə görüntüləndi - Foto

muge-anli-taninmis-mugenni-ile-goruntulendi
Oxunma sayı: 4264

Türkiyəli aparıcı Müge Anlı müğənni Sinan Akçılla görüntülənib.

“Qafqazinfo” xəbər verir ki, bunu əks etdirən fotoları “Gossippasta” instaqram səhifəsi paylaşıb.

Məkanların birində yemək yeyən ikilinin görüntüləri gündəmi zəbt edib. Onların nədən danışdığı maraq doğurub. İki məşhurun sevgili olduğu da iddia olunub.

Qeyd edək ki, bir müddət əvvəl S. Akçıl “Durum çok acil” adlı mahnısını M. Anlıdan ilhamlanaraq yazdığını açıqlamışdı.