Türkiyəli müğənni Bengü özünə ad günü keçirib.
“Qafqazinfo” xəbər verir ki, sənətçi 38 yaşını İstanbulda qeyd edib.
Doğum gününə İvana Sert, Hakan Akkaya, Uğurkan Erez kimi məşhur simalar qatılıb.
Bengü ad günündən sonra jurnalistlərin suallarını cavablandırıb:
“Dostlarımla ad günümü qeyd etdim. Yeni mahnılarım üzərində də çalışıram. İnşallah, yaya qədər yeni hitlərimlə qarşınıza çıxacam”.