Müğənni beşinci oğlunu dünyaya gətirdi

mugenni-besinci-oglunu-dunyaya-getirdi
Oxunma sayı: 2091

Britaniyalı müğənni  Sofi Ellis-Bekster beşinci oğlunu dünyaya gətirib.

"Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, körpəyə Miki Cons adı qoyulub. “O, buradadır! Bizim qeyri-adi balaca ailəmizə xoş gəldin. Biz çox şadıq ki, sən bizimləsən”, - deyə Sofi İnstaqramda yazıb. 

Qeyd edək ki, 39 yaşlı Sofi ilə musiqiçi Riçard Consun 5 oğlu var. Müğənni qatıldığı şouların birində qızı olmasını istədiyini açıqlamışdı.