Müğənni Serdar Ortaç boşanmağı barədə yayılan xəbərlərə münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, müğənni həyat yoldaşı Chloe Loughnanla fotolarını sosial şəbəkədə paylaşıb, yayılan şayiələri aydınlıq gətirib.
S. Ortaç paylaşıma “Biz ayrılmarıq, bizə “boşandılar” deyənlərə cavab olsun”,- yazaraq məsələyə nöqtə qoyub.
Xatırladaq ki, müğənninin həyat yoldaşı "Ford Models Mayami"nin heyətinə daxil olduğu, tez-tez ABŞ-a getdiyi bildirilmişdi.
Yayılan xəbərlərdə Sərdarın Chloe ilə maraqlanmadığı, onu bu səfərlərdə tək qoyduğu qeyd olunmuşdu. Ailə dostları isə cütlüyün boşanmaqları barədə yayılan xəbərləri təsdiqləmişdi.
Son xəbərlər
Son Xəbərlər