Müğənni daun sindromlu oğlundan - İlk dəfə danışdı + Fotolar

mugenni-daun-sindromlu-oglundan-
Oxunma sayı: 12172

Türkiyəli müğənni Özgün ilk dəfə daun sindromlu oğlu Ediz haqqında danışıb.

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, müğənni oğlunun daun sindromlu olduğunu dünyaya gələndən sonra öyrəndiklərini söyləyib: “Bunu ilk öncə xəstəlik kimi görmürəm. Oğlum doğulmamışdan öncə çoxlu analizlər vermişdik və bununla bağlı nə bir əlamət çıxmışdı, nə də ki, diaqnoz qoyulmuşdu. Əsas oğlumu qucağma aldığım anda hiss etdiklərim önəmlidir, nəinki onun daun sindromlu olduğu...Biz bir uşaq gözləyirdik, Allah bizə mələk göndərdi”, - deyə Özgün bildirib.

Qeyd edək ki, müğənni musiqiçi Nida Uğurlu ilə ailəlidir. Cütlüyün oğlunun 1 yaşı var.