Müğənni evində ölü tapıldı - Fotolar

mugenni-evinde-olu-tapildi
Oxunma sayı: 4884

Məşhur müğənni və bəstəkar Aydın Tansel evində ölü tapılıb.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, 71 yaşlı müğənni Muğlanın Bodrum ərazisindəki evində infarkt keçirərək həyatını itirib.

Tanselin bir müddət görünməməyi qonşularını narahat edib, polisə müraciət olunub. Bunun ardından polis əməkdaşları müğənninin evinə gələrək onun cəsədi ilə rastlaşıb.