Müğənni Facebookdan şikayətçi oldu

mugenni-facebookdan-sikayetci-oldu
Oxunma sayı: 642

O, hazırda bu şəbəkədə səhifəsinin olmadığını bildirib və onun adına açılan səhifələrin saxta olduğunu söyləyib: “Hazırda Facebook-da mən yoxam! “Rehim Dostum” adlı bir yuzer mənim adımdan hər kəslə ünsiyyətə girir, insanları təhqir edir. İnanın mənə, o nə mənəm, nə də menecerim Şahindir! Kimdirsə dələduz insandır, onu tapsaq dərsini verəcəyik!”

Müğənni həm də kömək istədi: “Facebook istifadəçilərindən xahiş edirəm, mənim adım altında bu saytda oturan bütün şəxsləri adminlərə şikayət etsinlər ki, o səhifələr bağlansın” - deyə, Rəhim müraciət edib.

Nigar