Müğənni ilə öpüşmək üçün - 90 min ödədi + Video

mugenni-ile-opusmek-ucun
Oxunma sayı: 7258

Pop ulduz Ricky Martinin xanım pərəstişkarı müğənni ilə öpüşmək üçün 90 min dollar ödəyib.

"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, baha başa gələn bu öpüşmə AIDS xəstəliyinə diqqət çəkmək üçün təşkil edilən xeyriyyə gecəsində reallaşıb.

Tədbir Braziliyanın Sao Paulo şəhərində təşkil olunub.

44 yaşlı müğənninin Ana Paola Diniz adlı xanım pərəstişkarı auksiona qatılıb, ən yüksək məbləğdə pul təklif edərək arzusunu həyata keçirib.

Gecədə super modellər Kate Moss və Naomi Campbell da iştirak edib.