Muğlanın Bodrum mahalında yaşayan müğənni Özlem Tekin Gündoğan Küçükbük Məhəlləsində bələdiyyə müavini seçilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu barədə bələdiyyə sədri Ali Akbulut məlumat verib.
Məhərrəm Eskiyapan orta məktəbində keçirilən seçkilərdə304 səslə Akbulut qalib olub, müğənni Özlem Tekin isə müavini seçilib.
Akbulut Özlem Tekinin səhhətində problem olduğunu, seçki prosesini evindən təqib etdiyini söyləyib.
Son xəbərlər
Son Xəbərlər