“Bir müğənni var ki, rəhmətə getmiş, dünya ulduzlarının paltarlarını geyinir. Onun bunun paltarını, çəkməsini geyinib, yerişini yeriyə bilməyənlərə demək istəyirəm ki, gərək hər kəsin öz yolu olsun. Müğənni var ki, gedib toyda oxuyur, sonra bəylə gedib oteldə qalır. Bəy evinə getmir, sonra müğənni ilə görüşməyə başlayır. Zərgəri əlinə keçirən müğənni onun daş-qaşını, pulunu sağır. Sonra danışmağa dili də olur. Bir desələr, beş deyərəm. Görün, bunlar özlərini kiminlə müqayisə edirlər. Adam gərək birinci güzgüyə baxa. Üzləri botoksdan partlayır, ağız-burun formasını itirib. Özünün 60 yaşı var, başqalarının yaşından danışır. Bakı balaca şəhərdi, hamı bir-birini tanıyır. Nə qədər səsim, görünüşüm yerindədirsə, səhnədə olacam. Bu da yəqin ki, 35-40 il çəkəcək”.
Könül
Son xəbərlər
Son Xəbərlər