Ötən gün dünyasını dəyişən müğənni Sezen Aksunun anası Şehriban Yıldırımın vida mərasimi keçirilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni səhər saatlarında anasının yuyulma mərasimində iştirak edib.
Ayaqda durmaqda çətinlik çəkən Sezen Aksunu sənət dostları tək buraxmayıb. Daha sonra cənazə namazı Hacı Ahmet Tatari Məscidində baş tutub.
Müğənninin həmkarı Mustafa Ceceli 91 yaşlı Yıldırımın yas mərasimində azan oxuyub.
Qeyd edək ki, 91 yaşlı Şebnem Yıldırım 26 gün İzmir Şəhər Xəstəxanasında müalicə almış, daha sonra ailəsinin istəyi ilə müalicəsini evində davam etdirmişdi.
Şebnem Yıldırımın hipotansiyondan ( qan təziqinin düşməsi) ciddi əziyyət çəkirdi.
Son xəbərlər
Son Xəbərlər