Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi Dənizkənarı parkda bayram konserti təşkil edib.
"Qafqazinfo"nun məlumatına görə, bayram gəzintisinə çıxan paytaxt sakinləri və şəhərimizin qonaqları bir neçə saat ərzində rəngarəng musiqi nömrələri izləyiblər. Səhnədə milli və estrada musiqi sədaları bir-birini əvəz edib.
Əməkdar artist Ruhəngiz Allahverdiyeva, Leyla Ramazanlı, Səidə Dadaşova, Əbdül Xalid, Fərid Qurd və bir çox başqa tanınmış incəsənət ustalarının ifasında şən mahnılar səsləndirilib.









Son xəbərlər
Son Xəbərlər