Vaxtilə toy şənlikləri üçün mediada yüksək qiymət açıqlayan müğənnilər bu qiymətlər hesabına piar olmağın onlara baha başa gəldiyini anlayıblar.
“Qafqazinfo” xəbər verir ki, müğənnilərin toy qiymətləri sonuncu dəfə 2015-ci ildə açıqlanıb. Həmin siyahıda olan müğənnilərin qiyməti isə 3000 manatdan başlayıb 15 min manatda tamam olur. Amma Vergilər Nazirliyinin son açıqlaması, müğənnilərin vergiyə cəlb olunması üçün atdığı addımlar müğənniləri bir neçə dəfə aşağı qiymət deməyə məcbur edir. Bir il müddətində açlqlanan son qiymət siyahısına heç bir reaksiya verməyən müğənnilər indi həmin siyahıdakı qiymətlərə etiraz etməyə başlayıblar.
Məsələn, 2015-ci ilin yanvarında yayılan qiymət siyahısında 14 min manatla qonorar siyahısında ikinci olan Abbas Bağırov indi XəzərXəbər-ə açıqlamasında bu faktı təkzib edir. O, ümumiyyətlə toylara getmədiyini, yaradıcı işlərlə məşğul olduğunu deyib.
Toy qiyməti 6000 manat göstərilən müğənni Ayaz Qasımov isə qiymətlərdə heç bir dəyişiklik etmədiyini bildirməklə yanaşı göstərilən məbləğin də düzgün olmadığını deyib.
Müğənni Emil Bədəlov isə toy qiymətinin məbləğinin həqiqətən 3000 manat olub olmadığını açıqlamayıb. Ancaq toy qiymətini azaltmadığını deyib
Siyahıda qeyd olunan digər müğənni Rüfət Axundov isə toy qiymətinin 3000 manatdan daha az olduğunu və heç bir dəyişiklik etmədiyini bildirib.
Son xəbərlər
Son Xəbərlər