İranın paytaxtı Tehran şəhərində azərbaycanlı müğənnilərin iştirakı ilə konsert proqramı keçirilib.
“Qafqazinfo”nun məlumatına görə, fevralın 23-də baş tutan tədbirdə əməkdar artist Baloğlan Əşrəfov, müğənni Elçin Hüseynov, meyxanaçı Namiq Qaraçuxurlu, eləcə də iranlı ifaçı Ayhan səhnəyə çıxıb.
Elçin Hüseynovun sözlərinə görə konsert “Vizareti Kişvər” sarayında keçirilib:
“Bizi səhnədə “Niel” orkestri müşayiət etdi. Bu, bizim İranda ikinci konsertimiz idi. Birinci konsertimiz 19 sentyabr 2017-ci ildə olub. Konsertin Azərbaycandan təşkilatçısı mən, İranda isə Yaşar Azərtaşdır. Artıq 1 ilə yaxın idi ki, bu layihə üzərində çalışırdım. Konsertlərimiz İranın bir neçə böyük şəhərində -Urmiya, Zəncan, Ərdəbil, Kərəc, Təbrizdə olacaq.
Həmçinin, mayda Türkiyə və Almaniyada konsertlərimiz keçiriləcək”.

Son xəbərlər
Son Xəbərlər