Müğənnimiz ölkəni tərk edir

mugennimiz-olkeni-terk-edir-
Oxunma sayı: 655

Müğənni Arzum istirahət mövsümü olmasına baxmayaraq işlərinə fasilə vermək niyyətində deyil. İstirahətdən çox sənətinə vaxt ayıran Arzum yeni mövsümdə tamaşaçılara gördüyü işlərin hesabatını verəcək.

Müğənninin “Qafqazinfo”ya verdiyi məlumata görə, Arzum bu günlərdə kamera qarşısına keçərək növbəti klipini ekranlaşdıracaq. Klip yeni işlənmiş formada ifa etdiyi “Yana yana kül oldum” adlı xalq mahnısına çəkiləcək.

Onu da qeyd edək ki, sözügedən ekran əsərində müğənni fərqli imicdə görünəcək.
Albom hazırlıqlarına başı qarışan sənətçi xarici ölkələrdən aldığı bir neçə təklifləri də dəyərləndirməyi düşünür. Arzumun bu səbəbdən bir müddətlik ölkəni tərk etməsi də gözlənilir.

Nigar