Müğənninin 3 milyonluq villası - Fotolar

mugenninin-3-milyonluq-villasi
Oxunma sayı: 4913

Məşhur müğənni Taylor Swift villasının qapılarını “Vogue” jurnalı üçün açıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 25 yaşı sənətçi may ayında çıxacaq jurnalın siması seçilib.

Jurnal Swiftin Beverly Hillsdəki malikanəsindən reportaj hazırlayıb. Müğənni musiqidən qazandığı maliyyəni daşınmaz əmlaka yatırdığını söyləyib.

Taylor sözügedən evi 2011-ci ildə 3, 55 milyon dollara satın aldığını qeyd edib.

Pop ulduz sevgilisi Calvin Harrisin ona maraqlı hədiyyə etdiyini də bildirib:

“Həyətdəki zeytun ağacını görürsüz. Calvin yeni il günü bu ağacı gətirərək həyətdə əkdi. Bu, indiyənə kimi aldığım ən böyük hədiyyədir”.