Türkiyəli müğənni İrem Dericinin eks-həyat yoldaşı Rza Esendemir ötən gün İstanbulda görüntülənib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bir kafedə naməlum xanımla söhbət edən radio aparıcısı çıxış zamanı jurnalistlərin suallarını cavablandırıb.
Müxbirlərin “Yeni münasibətiniz xeyirli olsun” sözlərinə “O mənim dostumdur, xanım sevgilim deyil”,- cavabını verib.
Xatırladaq ki, Rza Esendemir və İrem Derici 3 ay əvvəl boşanıb. Müğənni hazırda sənətçi Selami Şahinin oğlu Liderlə sevgilidir.


Son xəbərlər
Son Xəbərlər