Müğənninin əri ittihamlara - Cavab verdi

mugenninin-eri-ittihamlara
Oxunma sayı: 3777

Demet Akalının həyat yoldaşı jurnalistlərlə yaşadığı qalmaqala münasibət bildirib.

“Qafqazinfo”nun məlumatına görə, iş adamı mətbuat işçilərini təhqir etmədiyini söyləyib:

“Mən işində əmək göstərən, işguzar insanlara hörmət edən insanam. Onlar da öz işlərini görürlər. Təhqir etməyim barədə yayılan xəbərlər yalandır. Bu cür xəbərlərdə adımın hallanması məni çox əsəbiləşdirdi, pis oldum. O gün sadəcə olaraq demişdim ki, hər kəs doğru xəbər arxasınca qaçsın, mətbuatda işıqlandırsın”.

Qeyd edək ki, bir müddət əvvəl Demet Akalın və həyat yoldaşı Okan Kurt əyləncə mərkəzindən çıxarkən görüntülənmişdi.

Okan jurnalistlərin suallarına cavab verməmişdi. Türkiyə KİV-ləri isə iş adamının jurnalistlərə sərt reaksiya verdiyini, onları təhqir etdiyini qeyd etmişdi.