Hande Yenerin polisə şikayət etdiyi pərəstişkarıyla bağlı yeni xəbər var.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən məlumat verir ki, Receb G.ilə bağlı araşdırma aparılıb, onun haqqında Hande Yenerdən 2 ay uzaq qalması barədə qərar çıxarılıb.
Həmçinin, müğənninin pərəstişkarına qarşı cinayət işi açılıb. Əgər cinayət sübuta yetirilərsə, onu 3 ilədək həbs cəzası gözləyir.
Qeyd edək ki, 36 yaşlı Receb G. tvitterdə müğənniyə qarşı qeyri-etik ifadələrdən istifadə etmişdi.
Handenin “Handem, əbədi eşqim”, "Sevgilim, ən dəyərlim”, “Cahangirə gəlirəm, yoldayam. Evinə çatıram” paylaşımlardan sonra səbr kasası daşıb. Müğənni məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişdi.
Polislər Recebi sənətçinin evinin qarşısında saxlamışdılar.
Son xəbərlər
Son Xəbərlər