Müğənninin mülkü yandı

mugenninin-mulku-yandi
Oxunma sayı: 3655

Müğənni Emrahın sahib olduğu binada yanğın baş verib.

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, yanğın elektrik naqillərinin olduğu hissədə meydana gəlib, daha sonra böyüməyə başlayıb.

3 mərtəbəsi yanan binanı 2 saat sonra nəzarətə götürmək mümkün olub.
Hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb edilib.
Qeyd edək ki, Emrahın İstanbulda 200-ə yaxın evi, 12 mağazası var.

Müğənni bir müddət əvvəl 2 milyon dəyərində olan idman kompleksinin açılışını edib.