Müğənninin sevgilisi klipdə çəkilməkdən imtina edib - Video

mugenninin-sevgilisi-klipde-cekilmekden-imtina-edib-video
Oxunma sayı: 659

Daha öncə yayılan xəbərlərə görə, “Sevgilim” adlanan bu klipdə Elvinin sevdiyi xanım çəkilməli idi. Müğənninin “Qafqazinfo”ya verdiyi məlumata görə, sevgilisi klipə çəkilməkdən imtina edib : “Düzdür, daha öncə klipə sevdiyim xanım ilə çəkilmək istəyirdim lakin, bəzi səbədən bu istəyim baş tutmadı. Buna baxmayaraq, yeni klipimə baxan hər kəs mənə klipdə çəkilmiş xanımın kimliyini soruşur. Hər kəs həmin xanımın sevgilim olduğunu düşünür. Əfsuslar olsun ki, bu belə deyil”.

Sevgilisi ilə eyni klipə çəkilmək arzusu həyata keçməsə də Elvin bu mahnını həmin xanıma həsr edib.

Qeyd edək ki, “Sevgilim” adlı mahnıya çəkilmiş klipin rejissoru İlkin İmanovdur.

Aynur Babayeva