Ötən gün müğənni Linet 41 yaşını qeyd edib.
“Qafqazinfo” Hüriyyet-ə istinadən xəbər verir ki, ad günü mərasimi St. Regis Otelində baş tutub.
Müğənnin xüsusi günündə fransız sevgilisi və yaxın dostları tək buraxmayıb. Sevgilisi Linetə 400 min avro dəyərində avtomobil hədiyyə edib.
Sənətçi “Belə bir hədiyyə aldım. Lakin bu yalnız doğum günü hədiyyəsi deyil, eyni zamanda bizim toy avtomobilimiz olacaq”,- deyə jurnalistlərin sualına cavablandırarkən bildirib.
400 min avroluq avtomobil Fransadan özəl təyyarə ilə gətirildiyi qeyd olunub.



Son xəbərlər
Son Xəbərlər