Müğənniyə 900 minlik hədiyyə - Fotolar

mugenniye-900-minlik-hediyye
Oxunma sayı: 7719

Ötən gün müğənni Demet Akalın həyat yoldaşı Okan Kurt və qızı Hira ilə görüntülənib.

Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, müğənni avtomobildən düşərkən jurnalistlərin suallarını cavablandırıb.

Müğənni ona “Qızınız Hira böyüydükcə sizə bənzəyəmə başlayıb”,-deyən müxbirlərə “Həqiqətən? Amma qızım məndən daha gözəldi”,- cavabını verib.

D. Akalının nömrəsiz olan avtomobili diqqətdən yayınmayıb. İfaçı avtomobili Okan Kurtun ona hədiyyə etdiyini söyləyib:

“Avtomobilim yenidir. Okan doğum günümdə mənə hədiyyə edib”.

Sənətçinin 900 min TL-lik yeni avtomobilinə adının baş hərflərindən ibarət nömrə qoyduracağı məlum olub.