Türkiyəli müğənni Nez onun gizli şəkillərini çəkən, sosial şəbəkədə seksual məzmunlu mesajlar yazan fanatını həbs etdirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ifaçının özü məlumat yayıb. Müğənni açıqlamasında onu narahat edən Murat A. adlı şəxsin polis tərəfindən saxlanıldığını bildirib.
Nez deyib ki, hazırda məhkəmə prosesi davam edir və pərəstişkarının 4, 5 il həbs olunmasını tələb edir.
Son xəbərlər
Son Xəbərlər