Müğənniyə ömürlük həbs tələbi

mugenniye-omurluk-hebs-telebi
Oxunma sayı: 651

Türkiyədə 15 iyul inqilaba cəhd hadisəsindən sonra mediada aparılan əməliyyatlar çərçivəsində həbs edilən 13 nəfər haqqında iddianamə hazırlanıb.

“Qafqazinfo” Sabah qəzetinə istinadən xəbər verir ki, aralarında müğənni-jurnalist Atilla Taşın da olduğu 13 nəfər haqqında 2 dəfə ağırlaşdırılmış ömürlük həbs cəzası tələb edilib.

Onlar “Konstitusion nizamı pozmağa təşəbbüs” və “Türkiyə Cümhuriyyəti hökumətini aradan qaldırmağa təşəbbüs” maddələri ilə həbsdə saxlanılırlar.

Həbslər ötən il 31 avqustda keçirilib.