Muğla daha bir zəlzələ ilə silkələndi

mugla-daha-bir-zelzele-ile-silkelendi
Oxunma sayı: 1358

Türkiyənin Muğla vilyətinin Datça sahillərində yenidən 4,3 bal gücündə zəlzələ olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Bildirilib ki, saat 11:37-də baş verən zəlzələnin dərinliyi 4,81 kilometr təşkil edib.

Yeraltı təkanlar sahildən 53 kilometr aralıda baş verib.

Qeyd edək ki, eyni ərazidə səhər saatlarında 5,5 bal gücündə zəlzələ olmuşdu.