Muğlada İES-dəki yanğınla bağlı - Rəsmi açıqlama

muglada-ies-deki-yanginla-bagli
Oxunma sayı: 2551

Xəbər verdiyimiz kimi, Muğlanın Milas rayonundakı yanğın Kemerköy İstilik Elektrik Stansiyasının ərazisinə sıçrayıb.

“Qafqazinfo” xəbər verir ki, məsələ ilə bağlı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sədri Fahrettin Altun açıqlama yayıb.

O bildirib ki, İES-dəki təxliyyənin ardından lazımi bütün təhlillər aparılıb və stansiyaya ciddi zərər dəymədiyi məlum olub:

“Hələ də təcili müdaxilə komandaları tərəfindən stansiya sahəsində təhlillər və soyutma işləri aparılır. Soyutma işləri sabah saatlarında havadan və qurudan da davam edəcək.

Yanğın olan ərazidə hər hansı itki olmaması üçün lazımi bütün addımlar atılıb”.