Mühafizə etdikləri yerdə oğurluq etdilər – - 28 min manat

muhafize-etdikleri-yerde-ogurluq-etdiler-
Oxunma sayı: 991


“Qafqazinfo” DİN-ə istinadən xəbər verir ki, hadisə avqustun 9-da Qaradağ rayonunda baş verib.

Boran Quliyevə məxsus anbardan 28000 manat dəyərində 49 ədəd televizor oğurlanıb.

Araşdırmalar nəticəsində müəyyən edilib ki, oğurluğu anbarda mühafizəçi işləyənlər - Bakı şəhər sakini İbrahim Bağırov, Şərur rayon sakini Həsən Məmmədov və Sabirabad rayon sakini Həsrət Quliyev törədib. Adıçəkilən şəxslər salxanılıb.

Murad Əhməd

“Qafqazinfo”