Mühafizə polisi ürəyindən bıçaqlandı

muhafize-polisi-ureyinden-bicaqlandi
Oxunma sayı: 3125

Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.

"Qafqazinfo"nun xəbərinə görə, Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Kənan Ağayev hələlik kimliyi məlum olmayan şəxs tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Məlumata görə, K.Ağayev Mingəçevirdə fəaliyyət göstərən Mingəçevir Turizm Kollecində mühafizə polisi işləyir. Onun təhsil ocağına yaxın ərazidə bıçaqlandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Elmar Əli