Mühafizəçi bələdçinin pulunu oğurladı - - Qatarda

muhafizeci-beledcinin-pulunu-ogurladi-
Oxunma sayı: 1409


DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, martın 1-də Gəncə-Bakı ekspress qatarında vaqon bələdçisi işləyən Bakı şəhər sakini Elmira Koçkarovanın çantasından 150 manatı oğurlanıb.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən həmin vaqonda mühafizəçi işləyən Nicat Rəsulov tutulub.

Murad Əhməd