Mühafizəçisini qripə görə işdən çıxardı, polislik oldu

muhafizecisini-qripe-gore-isden-cixardi-polislik-oldu
Oxunma sayı: 2182

Türkiyənin komediya aktyoru Şahan Gökbakar sahibi olduğu film şirkətinin əməkdaşını işdən çıxarıb.

“Qafqazinfo” xəbər verir ki, bir müddət bundan əvvəl qrip olan və evində qalaraq müalicə alan S. D. mühafizəçi vəzifəsindən azad edilib.

İşdən çıxarılan şəxsə bildirilib ki, koronavirusa yoluxduğu üçün rəhbər belə bir addım atıb.

S. D. isə prokurorluğa müraciət edərək, şirkətin ona böhtan atdığını, rəhbərlikdən şikayətçi olduğunu qeyd edib.

Faktla bağlı araşdırma aparılır.