Bu gün Rusiya-Ukrayna müharibəsinin 47-ci günüdür.
“Qafqazinfo” xəbər verir ki, iki ölkə arasında danışıqlar davam edərkən Ukrayna Baş nazirinin müavini İrina Vereşuk sülh gözləyən milyonlarla insanı ruhdan salan açıqlama verib.
Sosial şəbəkə hesabında ukraynalı siyasətçilərə müraciət edən Vereşuk bildirib ki, müharibə düşündüyümüzdən daha uzun çəkə və çətin ola bilər. O, həmçinin Kiyevdə 1200-dən çox cəsədin tapıldığını açıqlayıb.
Vereşuk müharibənin arzu edilən kimi bitməyəcəyini ifadə edərək, “Cəmiyyətdəki fikir liderlərinə və dövlətimizə səslənmək istəyirəm. Hazırda bizim siyasi baxışlarımızda fərq yoxdur. Hamımız birik və müharibə vəziyyətindəyik. Biz ruslarla vuruşuruq, onlarla mübahisə etmirik. Onlar bizim düşmənimizdir və biz onları öldürürük. Müharibə bizim istədiyimizdən daha uzun və çətin ola bilər”, - deyə qeyd edib.
Səidə Nurəmmədli
Son xəbərlər
Son Xəbərlər