Kür çayının Salyan rayonundan keçən hissəsində naməlum kişi meyiti aşkarlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə məlumat daxil olub.
Müraciətlə əlaqədar FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu əraziyə cəlb olunub.
Həyata keçirilən tədbirlər nəticəsində meyit çaydan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***
Kür çayının Salyan rayonundan keçən hissəsində aşkarlanan kişi meyitinin kimliyi müəyyənləşib.
Bu barədə sosial şəbəkədə məlumat yayılıb. Bildirilir ki, meyiti tapılan şəxs rayon sakini, 2001-ci il təvəllüdlü Nəcəfov Murad Əsəd oğludur.
Mərhum Vətən müharibəsi iştirakçısı olub. İyulun 1-də hərbi xidmətdən qayıdıb.