Müharibə səbəbindən Ukraynanı tərk edənlərin sayı açıqlandı

muharibe-sebebinden-ukraynani-terk-edenlerin-sayi-aciqlandi
Oxunma sayı: 2090

Genişmiqyaslı müharibə başlayandan bəri Ukraynanı tərk edənlərin sayı 5 milyona yaxınlaşır.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının müvafiq saytında yerləşdirilən məlumatda deyilir. 

Aprelin 14-nə olan məlumata görə, 4 796 245 ukraynalı Ukraynanı tərk edib. Bura  sərhəd ölkələrindən evlərinə qayıdan şəxslər daxil deyil. 

“Ukraynadan gedənlər arasında ikili vətəndaşlığı olan Ukrayna vətəndaşları da var”, - departament qeyd edib.