Müharibə veteranı vəfat etdi

muharibe-veterani-vefat-etdi
Oxunma sayı: 3341

Böyük Vətən müharibəsi illərində (1941-1945) Moskvadan Berlinə kimi döyüş yolu keçmiş veteran Allahverdi Qənbərov Abşeron rayonunun Mehdiabad qəsəbəsində dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, 1926-cı ildə Qafan rayonunun Acıbac kəndində doğulmuş  A. Qəmbərov 18 yaşında ordu sıralarına çağırılıb, Moskvadan Berlinə kimi döyüş yolu keçib. O, tarixi "Oder döyüşü"nün iştirakçısı olub. 

Berlinin alınmasında iştirak edən veteran rəşadətli xidmətlərinə görə müxtəlif döyüş ordenləri ilə təltif edilib.

1988-ci ildə erməni qəsbkarlarının yürütdüyü təcavüzkar siyasət nəticəsində öz el-obasından deportasiya edilib. Həmin tarixdən etibarən Abşeron rayonunun Mehdiabad qəsəbəsində məskunlaşıb, müxtəlif təsərrüfat işlərində çalışıb. Martın 27-də 92 yaşında dünyasını dəyişən Allahverdi kişinin 6 övladı,16 nəvəsi, 16 nəticəsi var.