Müharibədə Ukrayna ordusunun itkiləri açıqlandı

muharibede-ukrayna-ordusunun-itkileri-aciqlandi
Oxunma sayı: 3005

“Müharibə başlayandan Ukraynada 221 təyyarə və 134 helikopter məhv edilib”.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov açıqlama verib.

Konaşenkov Xarkov vilayətində “Kraken” batalyonundakı 100-ə yaxın əsgər, 10 hərbi texnika, 4 idarəetmə mərkəzi, 8 silah və sursat anbarı, Nikolayev vilayətində təlim mərkəzi, Odessada isə Buk-M1 hava hücumundan müdafiə raket sistemini məhv etdiklərini bildirib.

“Ukrayna Silahlı Qüvvələrinin 10-cu dağ briqadası Lisiçansk neft emalı zavodunun yerləşdiyi əraziyə edilən hücumlarda böyük itki verib. Əsir götürülən Ukrayna əsgərlərinin sözlərinə görə, 108-ci batalyon tamamilə məhv edilib. Bildirilir ki, 350 əsgərdən yalnız 30-u sağ qalıb”, - o qeyd edib.

Ukrayna ordusuna aid 2 ədəd “Qrad” çoxlüləli reaktiv yaylım atəşinin məhv edildiyini bildirən Konaşenkov, son 24 saatda 39 qərargah və 6 sursat anbarının Rusiya hava döyüş taktiki bölmələri tərəfindən vurulduğunu deyib.

2 ədəd "Su-25" və "Miq-29" tipli döyüş təyyarəsi, "Mi-8" tipli helikopter və 9 pilotsuz uçuş aparatının vurulduğu barədə məlumatı paylaşan Konaşenkov, 7 ədəd “Toçka-U” ballistik raketinin ələ keçirildiyini bildirib.

“Ukraynada bu günə qədər 221 təyyarə, 134 helikopter, 1391 pilotsuz uçuş aparatı, 351 hava hücumundan müdafiə raket sistemi, 3 min 853 tank və zirehli texnika, 692 çoxbarelli reaktiv yaylım atəşi sistemi, 3 min 52 haubitsa və minaatan, 3 min 907 ədəd hərbi maşın məhv edilib”, -deyə nazirlik sözçüsü əlavə edib.