Müharibədə Ukraynada ölən mülki şəxslərin sayı açıqlandı

muharibede-ukraynada-olen-mulki-sexslerin-sayi-aciqlandi
Oxunma sayı: 2193

Rusiyanın hərbi müdaxiləsinin başladığı zamandan Ukraynada 8 490 mülki şəxs həlak olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Haqları üzrə Ali Komissarlığı məlumat yayıb.

Bildirilib ki, müharibə nəticəsində 14 244 nəfər dinc şəxs yaralanıb.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb.