Ukraynadakı müharibədən 3 il öncə qaçıb Türkiyəyə sığınan üzgüçülük üzrə dünya rekordçusu Viktoriya Zeynəb Günəş 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya oyunlarında Türkiyəni təmsil edəcək.
“Qafqazinfo” xəbər verir ki, Dünya Üzgüçülük Federasiyası bunun üçün xanım idmançıya icazə verib. Baxmayaraq ki, qaydalara əsasən bir idmançı 3 il ərzində başqa ölkə milli komandasında çıxış etmədiyi halda yaşadığı ölkəni təmsil edə bilər. Lakin müharibəni əsas gətirən 17 yaşlı üzgüçüyə icazə verilib.
2013-cü ildə Ukrayna millisinin heyətində dünya və Avropa çempionu olan Viktoriya 2015-ci ildən Türkiyə vətəndaşıdır. Ukraynalı xanım qardaş ölkə millisinin heyətində gənclər arasında 4 dəfə dünya çempionu olub və 2 dəfə rekorda imza atıb. Lakin Olimpiya oyunları üçün xüsusi icazə lazım idi ki, idmançı buna nail olub.


Son xəbərlər
Son Xəbərlər