ABŞ dövlət katibi Antoni Blinkenin Yunanıstana səfərini paytaxt Afinada solçu yunan vətəndaşları etirazla qarşılayıb.
"Qafqazinfo" xarici mətbuata istinadən xəbər verir ki, Türkiyədə zəlzələ bölgələrinə səfərindən sonra Yunanıstana gələn ABŞ dövlət katibi Antoni Blinkenə Afinada minlərlə insan tərəfindən etiraz edilib.
Əsasən solçu və müharibə əleyhdarı olan nümayişçilər NATO və ABŞ-a qarşı şüarlar səsləndiriblər. Yunanıstanın NATO planlarına daxil edilməsinə və silahlanma proqramlarının artırılmasına qarşı çıxan etirazçılar “Müharibələr onların, ölülər bizimdir” pankartları açıblar.
Onlar hökumətdən səhiyyə və təhsilə daha çox vəsait ayırmağı tələb edərək, Yunanıstanın NATO-ya görə gələcəkdə hədəfə çevrilə biləcəyini qeyd ediblər.
Son xəbərlər
Son Xəbərlər