Müharibənin ikinci ili tamam oldu

muharibenin-ikinci-ili-tamam-oldu
Oxunma sayı: 1077

Rusiya-Ukrayna müharibəsinin başlamasından 2 il ötür.

“Qafqazinfo” xəbər verir ki, 22 fevral 2022-ci ildə qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” separatçı qurumlarını tanıması ilə, 24 fevralda Ukraynaya qarşı genişmiqyaslı müharibə başlayıb.  

Bu müddət ərzində Rusiya şərq və cənubdan müəyyən qədər ərazi ələ keçirsə də, şimaldan, o cümlədən Belarus ərazisindən Kiyevə yönələn təhdidlərin qarşısı alınıb.

Bununla yanaşı bu dövrdə Ukrayna cənubi vilayət mərkəzi olan Xerson şəhərini azad edib.  

Hazırda gündəlik olaraq mövqe döyüşləri davam edir. 

Rusiyaya qarşı sanksiyalar paketini durmadan yeniləyən Qərbin bu müddətdə Ukraynaya dəstəyində də bəzi vaxtlarda axsaqlıqlar yaranıb.

İndi bu məsələ demək olar ki, aradan qalxır.

Belə ki, bir neçə gün öncə Aİ Ukraynaya 50 milyardlıq makromaliyyə yardımı ayırdığını bəyan edib.

ABŞ-nin isə 60 milyard dollar dəyərində yardımı artıq Senatda qəbul olunub. 

Qeyd edək ki, Rusiya son olaraq, Ukraynanın Andreyevka şəhərini ələ keçirməsi və burada gücləndirmə prosesinin getdiyini bildirib.