Müharibənin ildönümünə klip həsr etdi - Video

muharibenin-ildonumune-klip-hesr-etdi
Oxunma sayı: 2951

Ukraynanın Əməkdar artisti Svetlana Loboda Rusiya-Ukrayna müharibəsinin ildönümü ilə bağlı “Po-Ukrainski” adlı mahnısına çəkdirdiyi klipini təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, instaqramda bildirib:

“Müharibənin bir ili. Ukrayna xalqının dözümlülük ili. Mən Ukraynadakı hər bir insanın cəsarəti, sarsılmazlığı, qalib gəlmək yanğısına heyranam.

Klipimin qəhrəmanı – güclü, kişi kimi və hətta tərs qadındır. O, mütləq istəyinə çatacaq – ona qalib gəlmək mümkün deyil. Ukraynaya qalib gəlmək mümkün deyil”.