Müharibəyə görə ölkəsinə qayıtmayan futbolçu Azərbaycan klubu ilə müqavilə bağladı

muharibeye-gore-olkesine-qayitmayan-futbolcu-azerbaycan-klubu-ile-muqavile-bagladi
Oxunma sayı: 3178

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib. 

“Qafqazinfo” klubun saytına istinadən xəbər verir ki, ukraynalı vinger Aleksey Kaşukla mövsümün sonuna kimi müqavilə bağlanıb.

“Şaxtyor” (Donetsk, Ukrayna) futbol məktəbinin yetirməsi olan 21 yaşlı futbolçu karyerası ərzində bu klubun əvəzedici komandası və “Mariupol”un (2019-2022) uğurları üçün çalışıb.

Aleksey, həmçinin Ukraynanın U-21 millisinin üzvüdür.

Qeyd edək ki, Aleksey Kaşukun klubu “Mariupol”la Antalyada təlim-məşq toplanışında olarkən Ukraynada müharibə başlayıb. Buna görə də klub Ukraynaya qayıtmayıb. Nəticədə Aleksey Kaşuk da vətəninə dönməyib və Azərbaycan klubuna keçib. 

Xatırladaq ki, Ukraynanın“Vorskla” klubunun mərkəz hüzumçusu Lukas Rangel də Azərbaycana gəlib.  Maraqlıdır ki, o da, “Sabah”la müqavilə imzalayıb.