Türkiyədə mühərrik yanacağının qiyməti ucuzlaşıb.
“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, mühərrik yanacağının (motorin) qiymətinə 8 qəpik endirim olunub.
Ankarada mühərrik yanacağının 1 litri 3, 61 lirədən 3, 53 lirəyə, İstanbulda 3, 56 lirədən 3, 48 lirəyə, İzmirdə 3, 58 lirədən 3, 50 lirəyə satılacaq.
Yeni qiymətlər bu gecə yarısından etibarən keçərli olacaq.
Son xəbərlər
Son Xəbərlər