Ötən gün aktrisa Gülcan Arslan özünə ad günü keçirib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, ad günü tədbirində “Muhteşem yüzyıl- Kösem” serialının qəhrəmanları- Beren Saat, Ekin Koç, Esra Dermancıoğlu, Özkü Karayel də iştirak edib.
29 yaşını qeyd edən aktrisa məkandan çıxarkən jurnalistlərin suallarını cavablandırıb, tədbirdə iştirak edən dostlarına təşəkkürü bildirib.
Qeyd edək ki, Gülcan Arslan “Muhteşem yüzyıl- Kösem” serialında Fahriye obrazını canlandırırdı.






Son xəbərlər
Son Xəbərlər