“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, "Muhteşem Yüzyıl"ın dünən axşam yayımlanan bölümündə tarixi hadisə təhrif edilib.
Son yayımlanan bölümdə Qanuni Sultan Süleymanın "heç vaxt öldürmərəm" dediyi şahzadə Mustafa atasının çadırında cəlladları tərəfindən boğuldu. Bunu isə Hürrəm sultanın bir oyunu olaraq göstəriblər.
Sultan Süleyman Qanuninin əmri ilə son nəfəsini verən şahzadə Mustafanın ölümü sosial şəbəkədə müzakirə mövzusu olub.
Əslində isə tarixçilər həmin hadisənin başqa cür olduğunu açıqlayırlar. Türkiyəli tarixçi və yazar Yavuz Bahadıroğlu serialda həmin səhnənin o cür göstərilməsinə baxmayaraq, həqiqətin elə olmadığını və bu qərarı Qanuninin verdiyini vurğulayıb.
Tarixçi daha sonra sözlərinə bu cür davam edib: "Şahzadənin Səfəvi şahına yazdığı məktublar ələ keçirilib. Qanuni Sultan Süleyman 46 illik bir padşahı olmaqla bərabər, çox bacarıqlı kəşfiyyat əlaqələri var. Həmçinin Şahzadənin və onun katiblərinin də yazısını tanıyırdı. Bununla Şahzadə Mustafa "Bağy günahı" etmiş olur, bu isə "dövlətə üsyan" mənasını verir.
Qanuni şahzadəni izlədirdi. Şahzadənin Səfəvi şahına yazdığı məktublarda "Atam yaşlandı, babam Yavuz Sultan Səlim kimi taxta mən keçməliyəm" yazıb.
Sultan Süleyman bunu bildikdən sonra Şeyxülislam Əbussud Əfəndi ilə məsləhətləşərək məhkəmə qərarına əsasən oğlunun edamına qərar verib".
Qeyd edək ki, Bursanın Osmanqazi mahalında olan 500 illik Muradiyə imarətinin içərisində yer alan şahzadə Mustafanın türbəsi, "Muhteşem Yüzyıl" serialında şahzadə Mustafanın boğdurulması səhnəsindən sonra bu gün ziyarətçi axınına uğrayıb.