Mükafat alan aktyoru 120 minlə “vurdu” - Video

mukafat-alan-aktyoru-120-minle-vurdu
Oxunma sayı: 3664

Türkiyənin məşhur aktyoru Kerem Bursinin mükafat aldığı tədbirdə qalmaqal baş verib. Belə ki, Yıldız Teknik Universitetində təşkil olunan gecədə Kerem “Ən bəyənilən aktyor” nominasiyası üzrə qalib olub.

“Qafqazinfo” xəbər verir ki, mükafatını almaq üçün səhnəyə çıxan aktyorun çıxışı aparıcı Bay J tərəfindən birmənalı qarşılanmayıb.

“Çox çətin bir il oldu, ümid edirəm, hər şey qaydasına düşəcək”, - deyərək səhnədən düşən aktyora aparıcı gözlənilməz reaksiya verib. 

“Kərəm bəy çox çətin vəziyyətdə işləyir. Gözləriniz dolacaq, amma keçən il bir bölüm üçün 120 min TL alaraq işləyib”,- deyə aparıcı bildirib.

K. Bursin isə heç bir münasibət bildirmədən məkanı tərk edib.