“Mülki əhaliyə qarşı necə kimyəvi silah işlətmək olar?”

mulki-ehaliye-qarsi-nece-kimyevi-silah-isletmek-olar
Oxunma sayı: 1053

Suriya prezidenti Bəşər Əsəd ABŞ-ın ölkəsinə yeni hücumlar edə biləcəyini istisna etməyib. “Qafqazinfo” xəbər verir ki, bu barədə Suriya dövlət başçısı Rusiyanın RT telekanalına müsahibəsinə deyib:

“Bunu istisna etmək olmaz. ABŞ hər gün müxtəlif bölgələrdə, müxtəlif bəhanələrlə beynəlxalq hüququ tapdalayır. Dünyanın istənilən ölkəsi belə bir hücumun obyekti ola bilər. 

ABŞ Suriya ərazisini tərk etməlidir. Bu, bizim torpaqlardır və onu azad etmək bizim haqqımız və borcumuzdur. Amerikalılar isə getməlidirlər. Gec-tez bu, baş verəcək”. 

Bəşər Əsəd bildirib ki, ölkəsi nüvə silahına sahib deyil: “Kimyəvi silahdan istifadə etmək, hətta praktiki nöqteyi-nəzərdən belə lüzumsuz idi. Çünki Dəməşq dinc əhalinin ağlı sayəsində döyüşü qazanıb:

“Bizdə bütün hallarda kimyəvi silah yoxdur və biz onu öz xalqımıza qarşı istifadə etməzdik. Dəstəyini aldığın mülki əhaliyə qarşı necə kimyəvi silahdan istifadə etmək olar?”

Suriya lideri qeyd edib ki, ABŞ başda olmaqla qərb ölkələri Suriyadakı terrorçuları dəstəkləməyə davam edirlər və ölkədə münaqişənin həlli yolunda siyasi proseslərə mane olurlar. 

Əsəd Suriyada İsrailin iddia etdiyi kimi İran qoşunlarının olmadığını da vurğulayıb: “Bizim ərazimizdə İran qoşunları yoxdur və heç vaxt olmayıb. Onları gizlədə bilmərik axı”.