Müller və Hummels yenidən Almaniya millisində

muller-ve-hummels-yeniden-almaniya-millisinde
Oxunma sayı: 1134

Almaniya millisinin Avro-2020 üçün heyəti açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, baş məşqçi Yoahim Löv 26 futbolçuya dəvət göndərib. 2018-ci ildən milliyə dəvət edilməyən Tomas Müller ("Bavariya" və Mats Hummels ("Borussiya", Dortmund) yenidən yığmaya cəlb edilib.

Qapıçılar: Manuel Noyer (“Bavariya”), Kevin Trapp (“Ayntraxt”), Bernd Leno (“Arsenal”)

Müdafiəçilər: Antonio Rüdiger (“Çelsi”), Mats Hummels, Əmrə Can (hər ikisi “Borussiya”, Dortmund), Mattias Ginter (“Borussiya”, Mönhenqladbax), Niklas Süle (“Bavariya”), Lukas Klostermann, Marsel Halstenberq (hər ikisi “Leypsiq”), Robin Qosens (“Atalanta”), Robin Kox (“Lids”), Kristian Günter (“Frayburq”);

Yarımmüdafiəçilər: Joşua Kimmix, Serj Qnabri, Leon Qoretska, Camal Musiala (hamısı “Bavariya”), İlkay Gündoğan (“Mançester Siti”), Kay Haverts (“Çelsi”), Toni Kroos (“Real”), Florian Nuhaus (“Borussiya”, Mönhenqladbax)

Hücumçular: Timo Verner (“Çelsi”), Tomas Müller, Leroy Sane (hər ikisi “Bavariya”), Conas Hofmann (“Borussiya”, Mönhenqladbax), Kevin Volland (“Monako”).

Qeyd edək ki, Almaniya millisi Avro-2020-nin F qrupunda Macarıstan, Portuqaliya və Fransa ilə mübarizə aparacaq.