“Multikulturalizm və Azərbaycançılıq” mövzusunda Nəsimidə tədbir

multikulturalizm-ve-azerbaycanciliq-movzusunda-nesimide-tedbir
Oxunma sayı: 1670

Nəsimi rayonunda “Multikulturalizm və Azərbaycançılıq” mövzusunda tədbir keçirilib. İH-dən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbiri giriş sözü ilə açan İcra Başçısı Asif Əsgərov bildirib ki, özünəməxsus milli və yüksək humanist ənənələrə malik olan Azərbaycan həm də multikulturalizm prinsiplərini dünyada yayan nadir ölkələrdəndir:

“Ölkədə bu sahədə bərqərar olan münasibətlər təsdiq edir ki, multikulturalizm xalqımızın tarix boyu formalaşan milli keyfiyyətidir və bütün dövrlərdə cəmiyyətin yaşam tərzi olub. Bu gün isə reallıq odur ki, artıq multikulturalizmin Azərbaycan modeli formalaşıb və bu, mükəmməl örnək kimi ölkəmizdəki çoxsaylı fərqli etnik qrupların sülh şəraitində yaşamasına, bərabərhüquqlu fəaliyyətinə tam zəmin yaradır. Xalqımızın sahib olduğu multikultural dəyərlərin dünyaya təqdim edilməsində Heydər Əliyev Fondunun böyük əməyi var”.

Başçı onu da qeyd edib ki, Qərblə Şərqi birləşdirən Azərbaycan fərqli sivilizasiyaların qovuşduğu məkan olaraq tarix boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınıb.

Tədbirdə Millət vəkilləri – Məlahət İbrahimqızı, Asim Mollazadə, Kamran Nəbizadə, Dini Qurumlar üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran və Dağ Yəhudilərinin dini icmasının sədri Melix Yevdayev də Azərbaycan multikulturalizminin mühüm istiqamətlərindən, onun ideya əsaslarından, nəzəri müddəalarından, praktik təzahürlərindən ətraflı çıxış edib.

Tədbirin bədii hissəsində isə 1 saylı tam orta məktəbin şagirdləri dünya xalqlarının rəqslərini nümayiş etdiriblər.