Hindistanın Mumbay şəhərində dördmərtəbəli binanın uçması nəticəsində azı 11 nəfər həyatını itirib, daha 7 nəfər ciddi xəsarət alıb.
Bu barədə “Qafqazinfo” “India Today” jurnalına istinadən xəbər verir.
Onun məlumatına görə, hadisə zamanı binada çox sayda insan, həmçinin uşaqlar olub. Xilasedicilər 15 nəfəri dağıntıların altından çıxarmağa müvəffəq olub. Bu istiqamətdə işlər davam etdirilir.
Binanın uçmasına leysan yağışlarının səbəb olduğu ehtimal olunur.
Son xəbərlər
Son Xəbərlər